Mari (Suriya)

Mari
Mari
Mari
34°32′58″ şm. e. 40°53′24″ ş. u.
Alternativ adı Təll-Həriri
Yer Suriya
Region Yaxın Şərq
Ərazi 60 hectare (150 acre)
Tarix
Əsası qoyulub e.ə. XXX əsr
Tərk edilib
  • e.ə. XXVI əsr
  • e.ə. XXIII əsr
Era tunc dövrü
Mədəniyyətlər samidilli
Əlaqəli
Yer qeydləri
Qazıntı zamanı 1933
Arxeoloqlar Andre Parrot
Vəziyyəti tərk edilmiş
Məxsusluq ictimai
Mari xəritədə
Mari
Mari
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mari və ya Təll-Həriri (ərəb. تل حريري‎) — indiki Suriyada qədim sami şəhəri. Şəhərin xarabalıqları Fərat çayının qərb sahilində yerləşən Əbu-Kamal şəhərindən 11 kilometr (6.8 mil), Deyr-əz-Zor şəhərindən 120 kilometr (75 mil) uzaqlıqdakı bir təll üzərində yerləşir. Şəhər e.ə. 2900 və e.ə. 1759-cu illərdə ticarət mərkəzi və hegemon dövlət kimi çiçəklənmişdir. Şəhərin salınmasının səbəbi Fərat çayı üzərindəki ticarət yollarının mərkəzində yerləşməsi idi. Bu, şəhəri ŞumerLevant arasına salmışdır.

Mari ilk dəfə e.ə. XXVI əsrin ortalarında tərk edilmişdir, lakin daha sonra – e.ə. 2500-ci illərdə bərpa edilmiş, hegemon bir sami dövlətinin paytaxtına çevrilmişdir. İkinci Mari rəqibi Ebla ilə uzunmüddətli bir müharibəyə girimişdir və Şumer mədəniyyətinə olan yaxınlığı tanınır. Şəhər yenidən e.ə. XXIII əsrdə Akkad imperiyası tərəfindən məhv edilmişdir. Akkadlılar daha sonra şəhərin bərpa edilməsinə icazə vermiş, şəhərə Şakkanakku titulunu daşıyan bir hərbi qubernator təyin etmişdir. Bu qubernatorlar növbəti dövrlərdə Akkad imperiyasının zəifləməsi ilə müstəqil olmuş və şəhəri Fərat vadisinin mərkəzində yerləşən regional bir mərkəzə çevirmişdir. Şakkanakkular Mari şəhərini e.ə. XIX əsrin ikinci yarısına qədər idarə etmişdir. Şakkanakkuların süquta uğramasından sonra şəhəri əslən amorit olan Lim sülaləsi rəhbərlik etmişdir. Amoritlərin hakimiyyəti təxminən e.ə. 1761-ci ildə, Babilin şəhəri ələ keçirməsilə sona çatmışdır. Şəhər ellinistik dövrdə tərk edilmiş və unudulmuşdur.

Marililər həm sami, həm də ki Şumer ilahlarına sitayiş edirdilər. Buna baxmayaraq, şəhərin amoritlərdən əvvəlki dövrləri Şumer mədəniyyəti ilə olan sıx bağlantısı ilə səciyyələndirilirdi. Amoritlər əraziyə e.ə. XXI əsrdə məskunlaşmağa başlayan samidilli bir xalq idi.

Mari şəhərini 1933-cü ildə kəşf edilmişdir. Bu şəhər qədim MesopotamiyaSuriyanın coğrafi-siyasi xəritəsini yaratmaqda çox böyük bir rol oynamışdır. Şəhərdə aşkar edilən 25.000-dən çox gil lövhədə dövlətin idarəsi və regiondakı dövlətlərin diplomatik münasibətlərinin təbiəti haqqında məlumat verilmişdir. Onlar həmçinin, Əfqanıstan, Cənub-Şərqi AsiyaKrit kimi uzaq regionları bir-birlərinə bağlayan XVIII əsrin geniş ticarət yollarını işıq üzünə çıxarmışdılar.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search